Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-06
Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Etalon İnşaat” MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdir. 

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, “Əzizbəyov-KM” MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılmışdır. Nəticədə vətəndaşlar - Məzahir Abdullayevə 39 min 710 manat, Baladayı Məmmədova 49 min 59 manat, Xankişi Xankişiyevə 50 min 751 manat, Camal Omarova 36 min 696 manat məbləğində və digər şəxslərə külli miqdarda ziyan vurulmuşdur. 

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.