Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-06
Söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilmişdir

Xəbər verildiyi kimi yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının  tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.