Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-11
Aqrolizinq ASC”-nin Şəki regional loqistik bazasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Aqrolizinq” ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Aparılmış araşdırmalarla qeyd edilən müəssisənin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın icarəyə verilməsi, satılması, həmçinin göstərilən xidmətlərə görə yığılan pul vəsaitinin kassaya mədaxil edilməməsi, həmçinin yol verdikləri digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.