Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-14
Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanmışdır

Fevralın 13-də saat 16 radələrində Biləsuvar şəhərində “KAMAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman baş vermiş yanğınla müşayiət olunmayan partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.