Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-19
Baş Prokurorluğun əməkdaşları MDB-nin tədbirində iştirak etmişdir

11-12 fevral 2014-cü ildə Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası” layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun iclası keçirilmişdirFevralın 11-12-də Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası” layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun iclası keçirilmişdir.

Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və MDB iştirakçısı olan digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edilən layihəyə əlavə və dəyişikliklərin edilməsinə dair Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş təkliflər nəzərdən keçirilərək səs çoxluğu ilə qəbul edilmişdir.        

Tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov təmsil etmişdir.