Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-21
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

17-19 fevral 2014-cü il tarixdə Düşənbə şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilmişdirFevralın 17-19-da Düşənbə şəhərindəİqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilmişdir.

Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının layihə rəhbəri və OECD Katibliyinin əməkdaşı, həmçinin Qazaxıstan, Moldova və Litvanın nümayəndələrinin də daxil olduğu monitorinq qrupunda ölkəmizi ekspert qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev təmsil etmişdir.

Monitorinq qrupunun dəyərləndirdiyi əsas istiqamətləri Tacikistan Respublikasının korrupsiyaya qarşı mübarizə siyasəti, korrupsiyanın kriminallaşdırılması, qarşısının 

17-19 fevral 2014-cü il tarixdə Düşənbə şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilmişdir

alınması və bu sahədə görülmüş digər işlər təşkil etmişdir.

 

 

 

Dəyərləndirmə səfəri çərçivəsində monitorinq qrupunun üzvləri Tacikistan Respublikasının Baş prokuroru, Dövlət maliyyə Nəzarəti və Korrupsiya ilə mübarizə Agentliyinin direktoru, Ombudsman, parlament üzvləri və OECD tərəfindən verilmiş tövsiyələrin icrasına məsul olan dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilmiş və korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülmüş işlərə dair dinləmələr aparılmışdır.

Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsi çərçivəsində növbəti görüşün cari ilin aprelində keçirilməsi nəzərdə tutulmuşdur.