Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-03-05
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərilməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır

Bakı şəhər sakininin qanunazidd hərəkətlərinə dair Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə)  maddəsi ilə məhkum olunmuş Kamran İsayevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə Türkiyə Respublikasının vətəndaşından onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə almaq adı ilə 1.200 manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.