Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-10-28
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin vəzifəli şəxsləru barəsində cinayət işi məhkəməyə göndərilmişdir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin, şöbənin baş məsləhətçisi Yusif Dadaşovla qabaqcadan əlbir olub rayon sakinindən 10.0 min manat rüşvət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Oktay Quliyev və Yusif Dadaşov iş üzrə qeyd edilən maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.