Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-10-30
Özünü vəzifəli şəxs kimi təqdim edən paytaxt sakininin qanunsuz əməlləri ifşa edilmişdir

Bakı şəhər sakini Lətif Süleymanovun qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Araşdırmalar zamanı L.Süleymanovun özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28.0 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

     L.Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

     Hazırda iş üzrə istintaq davam etdirilir.