Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-02
Binəqədi rayonunda ağır cinayət törətmiş şəxs tutulmuşdur

Martın 30-da saat 12 radələrində Bakı şəhər sakini Sarıyeva Yasəmən Qəşəm qızının üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı Binəqədi rayonundakı mənzilində aşkar edilməsi ilə əlaqədar rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Sevinc Hacıyevanın martın 29-da saat 23 radələrində Yasəmən Sarıyeva ilə aralarında yaranmış şəxsi münaqişə zəminində qadın corabı ilə sonuncunu boğaraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

S.Hacıyevaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.