Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-02
Gəncə şəhərində qətl törətmiş şəxs tutularaq istintaqa cəlb edilmişdir

Martın 30-da saat 21 radələrində Bayramova Gülnarə Teymur qızının kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Gənşə şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olması və orada aldığı xəsarətlərdən ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

1971-ci il təvəllüdlü Natiq Bayramovun martın 30-da saat 19 radələrində yaşadığı Gəncə şəhərindəki evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

N.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.