Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-04
Təhsil müəssisəsinin vəzifəli şəxsi barəsində cinayət işi başlanmışdır

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.