Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-07
Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri cinayət məsuliyyətinə cəlb olunmuşdur

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeçiliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.