Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-05
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə İB-nin hesablaşma hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əsasında ayrılmış 43.0 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və «Azərbaycan Universiteti» MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsində, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsində və sair maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.