Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-05
“Silk Way” Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

“Silk Way” Aviaşirkəti MMC-nin “Ground Handling Company” filialının əməkdaşının qanunsuz hərəkətlərə yol verməsi barədə material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Cəmiyyətin “Ground Handling Company” filialının Transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzovun, xidmətin sabiq əməkdaşı Mirzəli Quliyevlə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 3.0 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan İran İslam Respublikasının 4 vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azərbaycan Hava Yolları” QSC-nin “Bakı-London” istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaratmaqla cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan E.Novruzov Cinayət Məcəlləsinin 308.1 (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Quliyev isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilmişdir.