Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-14
Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il aprelin 25-də saat 11:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.