Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-16
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

Şirvan şəhərinin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla  piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilmişdir.

Belə ki, 2014-cü il aprelin 15-də saat 22:10 radələrində Şirvan şəhərində 1993-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlunun yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi «VAZ 21060» markalı avtomobillə yolu keçən piyada - 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi  faktına görə Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcələsinin 263.2 (yol hərəkəti  və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təbriz Mustafayev tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.