Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-28
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirmişlər

Aprelin 26-da Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illilyi münasibətilə növbəti ağacəkmə kampaniyası keçirmişdir. 

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçirmişdir.

Tədbir çərçivəsində Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 2 hektar ərazidə min beş yüzdən  artıq Eldar şamı ağacları əkilmişdir. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.