Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-29
Bankın vəzifəli şəxsləri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

Royalbank” Açıq Səhmdar Cəmiyyətinin Paytaxt filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Aparılmış istintaqla cəmiyyətin Paytaxt filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovla qabaqcadan razılaşaraq etibar edilmiş əmlakı talama məqsədilə faktiki rəhbərlik etdiyi «Poliqrafist» MMC-nin adına müxtəlif vaxtlarda 71 min manat, 124 min 440 ABŞ dolları və 180 min avro məbləğində kredit sənədləşdirərək həmin pulları, həmçinin müxtəlif təşkilatlara avadanlıqların alınması məqsədilə «Poliqrafist» MMC-nin hesabına köçürülmüş 1 milyon 668 min 682 manatı, «Royal Construction Technologies and Development» MMC-nin adına sənədləşdirilmiş 100 min manat məbləğində krediti, habelə filialın xəzinəsindən 64 min 939 manat vəsaiti, ümumilikdə isə 2 milyon 228 min 612 manat məbləğində külli miqdarda əmlakı ələ keçirməklə  «RoyalBank» ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

A.Həşimov və İ.İsmayılov barəsində həbs qətimkan tədbiri, X.Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı vurulmuş ziyandan 1 milyon 771 min 331 manatının ödətdirilməsi təmin edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.