Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-05-02
Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

Bakı şəhər sakini Niyazi Məmmədov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Aparılmış istintaqla N.Məmmədovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı vətəndaşlardan Nəsimi və Yasamal rayonları ərazisində tikilməkdə olan hündürmərtəbəli yaşayış binalarından onlara mənzil verəcəyi adı ilə ümumilikdə 418 min manat məbləğində, Bakı şəhər sakinindən özünün guya vəzifəyə təyin olunacağını bildirib vəzifəli şəxsə verilməsi adı ilə 100 min manat məbləğində, eləcə də vətəndaşlardan onların övladlarını dövlət qurumlarında işə düzəldəcəyinə yalandan vəd edib aldadaraq ümumilikdə 24 min manat məbləğində vəsaiti ələ keçirərək təkrarən dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.