Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-29
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Aprelin 26-27-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Paris Apellyasiya Məhkəməsinin Baş prokuroru Fransua Falettinin dəvəti ilə Fransanının Ədliyyə Sarayının inzibati binasında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilmişdir.

Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin iştirak etdiyi iclasda İcraiyyə Komitəsinin əvvəlki iclasında müzakirə olunmuş bir sıra mövzulara münasibət bildirilmiş, Assosiasiyaya növbəti 3 il üçün prezidentin, İcraiyyə Komitəsinə yeni vitse-prezidentlərin və üzvlərinin seçilməsi müzakirə edilərək qeyd olunan məsələ ilə əlaqədar gizli səsvermə keçirilməklə namizədlərin siyahısı müəyyən edilmişdir. İclas zamanı qeyd olunan namizədlərin siyahısının qurumun cari ilin 8-12 sentyabr tarixlərində Moskva şəhərində "Prokuror və qanunun aliliyi" mövzusunda keçiriləcək 18-ci illik konfrans və ümumi yığıncağında təsdiq edilməsi tövsiyə edilmişdir.

Bundan başqa, tədbir zamanı dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin milli prokurorluq orqanlarında fəaliyyətləri zamanı nailiyyətlər əldə etmiş prokurorların mükafatlarla təltif edilməsi məsələsinə baxılmaqla müvafiq qərarlar qəbul edilmiş, eyni zamanda Assosiasiyanın büdcəsi, qurumun növbəti illik konfrans və yığıncaqlarının keçirilməsi məsələləri müzakirə olunmuşdur.