Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-13
Nərimanov rayon məhkəməsinin xüsusi qərardadı əsasında cinayət işi başlanmışdır

Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır.

Araşdırmalar zamanı Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov rayon məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək məhkəməni mənzilin guya Z.Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.