Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-23
“Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır

 “Azeri Retail” MMC-nin “Səbət” marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror  yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı cəmiyyətin “Səbət” marketlər şəbəkəsinin Mərdəkan qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzində ayrı-ayrı vaxtlarda müdir vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.