Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-08-24
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 25 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplamışdır.

Gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu respublikamızda  reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 57 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkilmişlər.

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2015-ci ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.azwww.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilmişdir.

 

 

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı:

 

Sıra №-si Soyadı, adı, atasının adı
1. Alıyev Namiq Nazim oğlu
2. Cəbrayılov Tərlan Fərhad  oğlu
3. Cəmilli Ramil Nizami oğlu
4. Əliyev Zaur Vaqif oğlu
5. Əlləzov Dilqəm Umud  oğlu
6. Fərəməzov Tural Turab oğlu
7. Həmidov Qüdrət Ənvər oğlu
8. Həsənova Günay İbrahim qızı
9. Hüseynli Qədimalı Muxtar oğlu
10. İsayeva Gülər Əlhəsən qızı
11. Lalayev Rəmzi Mikayıl oğlu
12. Mahmudlu İslam Zakir oğlu
13. Mehtiyev Şahin Əhməd oğlu
14. Məmmədov Rəşad Namiq oğlu
15. Məmmədova Günel Ağabala qızı
16. Məmmədyarov Təbriz Hüseyn oğlu
17. Muradov Sultan Elmin oğlu
18. Musayev Sabir Elşən oğlu
19. Musayev Vasif Vaqif oğlu
20. Paşazadə Elmir Hikmət oğlu
21. Rüstəmli Zəka Rövşən oğlu
22. Sadıqov Mirlətif Süleyman oğlu
23. Şahmirzəli Elvin Fikrət oğlu
24. Yaqubov Tural Qaraxan oğlu
25. Zeynalov Kənan Fikrət oğlu