Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-05-22
“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru barəsində cinayət işi başlanmışdır

“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı “İ.R.” MMC-nin direktoru Mirdamət Əsgərovun qulluq mövqeyindən istifadə etməklə “Muğanbank” ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etməyərək israf etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə),  195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.