Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-11-25
“Fərəh M” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır

“Fərəh M” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror  yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı cəmiyyətin Gəncə şəhəri üzrə satış nümayəndəsi Ruslan Həsənovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 25.500 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.