Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-05-24
Təhsil Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin M Ə L U M A T I

İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparılmışdır.

İlkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyyəsindən xəsarət alması qənaətinə gəlinmiş və bu barədə mayın 20-də Daxili İşlər Nazirliyi, mayın 21-də səhər saatlarında isə Təhsil Nazirliyi tərəfindən  ictimaiyyətə geniş açıqlama verilmişdir. Araşdırmaların obyektivliyinin təmin edilməsi məqsədi ilə internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılmışlar.

Araşdırmalar zamanı N.Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilmişdir.

Lakin, mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilmişdir. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildirmişlər.

Sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

 Hazırda iş üzrə N.Cavadovun döyülüb-döyülməməsinin müəyyənləşdirilməsi məqsədi ilə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.