Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-05-26
Mənzil Kommunal İstismar Sahəsinin rəisi cinayət başında yaxalanmışdır

Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir.

Belə ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov “Ekspress  servis” MMC-nin direktoru Rövşən Muradovla əlbir olub Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan qeyd edilən cəmiyyətin ofisində 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışdır. Baxış zamanı B.Bəşirovun üzərindən daha 2.500 manat məbləğində pul aşkar edilərək götürülmüşdür.

B.Bəşirov və R.Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.