Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-08-27
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Avqustun 10-dan 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat” mövzusunda tədbir keçirilmişdir.

Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil etmişdir.

İ.Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyi, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyi, eyni zamanda “ASAN” xidmət mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin yekununda İ.Hacıyevə müvafiq sertifikat təqdim edilmişdir.