Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-10
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

Cari il dekabrın 4-5-də Vyana Diplomatik Akademiyasında Avropa İttifaqının dəstəyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) təşkilatçılığı ilə Azərbaycan, Türkiyə, Moldova və Bosniya və Herseqovinadan olan prokuror və hakimlər üçün “İnsan alverinə qarşı mübarizə - I faza” transmilli işçi qrupunun iclası keçirilmişdir.

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov və Baş Prokurorluğun idarə prokuroru İlham Hacıyevin iştirak etdiyi tədbirdə insan alverinə qarşı mübarizə sahəsində Böyük Britaniya, Belçika və Niderland təcrübəsini öyrənmək məqsədi ilə “İnsan alverinə qarşı mübarizədə əmək müfəttişlikləri və istintaq orqanları arasında əməkdaşlıq”, “İnsan alveri ilə əlaqədar aparılan istintaq zamanı müstəntiq və prokurorlar arasında əməkdaşlıq” mövzusunda mühazirələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

Baş Prokurorluğun nümayəndəsi E.Əlixanov tədbirdə çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik və normativ aktlar, Milli Fəaliyyət planları, istintaq olunan cinayət işləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.