Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-06-04
Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanmışdır

İyunun 3-də Astara şəhər sakini, 2011-ci il təvəllüdlü Babazadə Ədalət Hikayət oğlu rayon mərkəzi xəstəxanasının həyətində mazut çalasına düşərək vəfat etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirmişlər.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olmuşdur. 2012-ci ilin mart ayında “Real” mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınmışdır. Qeyd edilən tarixdə Ə.Babazadə anası ilə xəstəxanaya gəlmiş və orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb boğularaq ölmüşdür.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.