Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-18
Qanunsuz tələbə qəbulunu təşkil edən müəssisələrin vəzifəli şəxslərinin qanunazidd əməlləri ifşa edilmişdir

    Vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən "İNFO-RTM" MMC və "İnnovasiya" MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən  qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar.

      Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə  cinayət işi başlanmışdır.

      Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.