Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-11
Baş Prokurorluq təkzib edir

Kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, "Nida" gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda həmin qurumun və "Ol" təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilmişdir.

İstintaqla həmçinin müəyyən edilmişdir ki,  "Ol" təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməmiş, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməmiş və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər almışdır.

Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşklatlarından aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsinin və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi 34 ünvanında sahəsi 227 kvadrat metr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcəkdir.