Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-06-30
Sabirabad rayonunda qətl törətmiş şəxs həbs edilmişdir 30.06.2014

İyunun 28-də Sabirabad şəhər sakini Fətullayev Abbas Nazim oğlunun qəsdən öldürülməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04 radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan  o, tutularaq istintaqa cəlb olunmuşdur.

Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.