Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-06-30
Azərbaycanın və Moldovanın Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanmışdır

İyunun 30-da Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində “Moldova Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı” imzalanmışdır.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın mövcud olduğunu qeyd edərək bu sənədin əlaqələri daha da gücləndirəcəyinə əminliyini bildirmişdir. Baş prokuror Moldovada yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanda yaşayan moldovalıların Baş prokuroru Korneliu Qurin Moldovada yaşayan azərbaycanlıların bu ölkənin qanunlarına ciddi əməl edən vətəndaşlar olduğunu qeyd etmişdir. K.Qurin Moldova ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir.hüquqlarının müdafiəsinə böyük diqqət yetirildiyini xüsusi vurğulamışdır.