Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-07-01
Azərbaycanın və Bolqarıstanın Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanmışdır

İyulun 1-də “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı” imzalanmışdır.

Sənədi Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov və Bolqarıstan Respublikası baş prokurorunun müavini Yevgeni Dikov imzalamışlar.

Sənəddə iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və işçi mübadiləsinin aparılması nəzərdə tutulur.