Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-08
Hadisə yerindən qaçan sürücü barəsində həbs qəti imkan tədbiri seçilmişdir
Aprelin 5-də saat 23 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində sürücü Ülvan Nuriyev idarə etdiyi «Mazda» markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cü il təvəllüdlü Ayan Qaflanovanı vurub hadisə yerindən qaçmış, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət  işi başlanmışdır.

Aprarılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunmuşdur.

Ü.Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.