Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-12-21
Rüfət Səfərov prokurorluq orqanlarından xaric olmuşdur

 Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olmuşdur.

İcra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.