Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-04
Abşeron rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanmışdır

Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşamış 19 fevral 2013-cü il təvəllüdlü Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılmışdır.

Müəyyən edilmişdir ki, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görmüşlər. Bu məqsədlə yaşadığı evə "dəllək" dəvət edərək onu sünnət etdirmiş, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da onun həyatını xilas etmək mümkün olmamışdır.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, zəruri istintaq hərəkətləri aparılmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.