Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-07-04
Qətl törətmiş şəxs həbs edilmişdir

İyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü  Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan  meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılması barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə  hadisə yerinə və meyitə baxış keçirilmiş,  maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz  istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev ElbrusSamir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

İstintaqla müəyyən olunmuşdur ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 31A saylı evin həyətində sərxoş vəziyyətdəaralarında yaranmış mübahisə zəminindəkeçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə  xəsarətlər yetirərək onu qəsdən öldürmüşdür. Bundan sonra E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlətmiş, saat 04 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atmışdır.

E.Cəbiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.