Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-04
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş ofisinin nümayəndəsi Azərbaycanda səfərdə olmuşdur

Cari il aprelin 3-4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş ofisinin nümayəndəsi xanım Yanne Holst Hübner Bakıda işgüzar səfərdə olmuşdur. 

Səfər çərçivəsində xanım Y.Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirmiş, quruma fərdi üzv qəbul edilmiş  prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələrini təqdim etmişdirTəmsil olunduğu qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli işləri yüksək qiymətləndirmişdir.

Tədbirlərdə həmçinin cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində Assosiasiyanın əhəmiyyətli rolu vurğulanmış, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bu istiqamətdə fəallığın artırılmasının zəruriliyi qeyd edilmişdir.

Bundan başqa, beynəlxalq səviyyədə əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan BPA-nın veb-saytının rus dilində olan versiyasının təkmilləşdirilməsinə, zəruri virtual şəraitin təşkil olunmasına, eləcə də prokurorluq əməkdaşlarının saytdan daha səmərəli şəkildə istifadəsinə dair müzakirələr aparılmışdır.

Görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.