Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-09-28
“Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başlanmışdır

 “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.