Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-07-16
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilmişdir

Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı qanunsuzluqlara yol verilməsi barədə  Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin - ailə tərkibi və gəlirləri, istifadələrində nəqliyyat vasitəsinin olması, hər bir ailə üzvünün məşğulluğu və digər məlumatların tam təqdim olunmaması  və ya təqdim olunan sənədlərdə  göstərilən məlumatların düzgünlüyünün yoxlanılmaması  nəticəsində 258 min 550 manat məbləğində külli miqdarda dövlət vəsaitinin israf edilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.