Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-01
Cəlilabad rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Sentyabrın 29-da Cəlilabad rayon prokurorluğununyeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur.

Binanın açılışında iştirak edən Baş prokurorun müavini Namiq Əsgərova məlumat verildi ki, bina 2 mərtəbəli orijinal layihə əsasında inşa olunmuş, binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılmış, bütün otaqlar kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilmişdir.

Baş prokurorun müavini Namiq Əsgərov 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirdi ki, Azərbaycan Prokurorluğunun demokratik  məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən  bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti  və onun gündəlik  qayğısı nəticəsində mümkün olmuşdur. Ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur. Xüsusi vurğulandı ki, son illər Baş Prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən uğurlu islahatlar aparılmış və “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan vermişdir.

Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirmişdir.

Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da  əzmlə yerinə yetirəcəklərinə inam ifadə etdilər.