Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-02
Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin “İmtahan” informasiya sistemində növbəti dəfə yoxlanılması 2013-cü ilin may ayından başlayaraq həyata keçiriləcəkdir

Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə 07.10.2010-cu il tarixli əmrlə təsdiq edilmiş “Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi, bir qayda olaraq 2 ildən bir “İmtahan” informasiya sistemində test üsulu ilə yoxlanılır. Sonuncu dəfə belə yoxlama 2010-cu ilin dekabr ayının 10-dan başlayaraq, yəni iki il 3 ay bundan əvvəl keçirilmişdir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun 2013-cü ilin birinci yarım ilinə dair iş planında (planın 19-cu bəndi) may-iyun aylarında prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin “İmtahan” informasiya sistemi vasitəsi ilə yoxlanılması nəzərdə tutulmuşdur. 

Baş Prokurorluq üzrə 01.04.2013-cü il tarixli 10/15 nömrəli əmrlə növbəti belə yoxlanmanın cari ilin may ayından başlayaraq keçirilməsi müəyyən edilmişdir. Bu əmrin icrası ilə əlaqədar olaraq, qeyd edilən Qaydaların 2.6-cı bəndinə əsasən, testlərin sualları, habelə onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı və məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində («etm-prok.org» linki vasitəsi ilə fərdi loqinlə daxil olmaq olar) yerləşdirilmişdir. Burada müvafiq məlumatlarla tanış olmaq, eləcə də test bazasının təkmilləşdirilməsinə dair təkliflər göndərmək mümkündür.