Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-03-28
Bank əməkdaşı barəsində cinayət işi başlanmışdır

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla  "Access Bank" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilmişdir.

Belə ki, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəmişlər.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.