Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-05
Qeyri-bank kredit təşkilatının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Araşdırmalar zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.