Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-13
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

Dekabrın 10-da saat 22 radələrində Masallı şəhəri, Talışxanov küçəsində naməlum avtomobillə piyada, 1953-cü il təvəllüdlü Kərimov Əlihüseyn Kərim oğlunun vurularaq aldığı xəsarətlərdən ölməsi və nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən hadisənin rayonun Gəyəçöl kənd sakini, 1992-ci il təvəllüdlü İmranlı Salman Ağaqardaş oğlunun idarə etdiyi avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.