Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-09-10
Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı sürücülük məktəbinin sabiq direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü-təlimatçı vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin  311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.