Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-09-12
Bələdiyyə sədri barəsində cinayət işi başlanmışdır

Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.